Kəngərli rayon Qabıllı kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev İbrahim Mustafa oğlunun ildönümü məzarı önündə qeyd olunub

07 dekabr 2023-cü il tarixdə Kəngərli rayon Qabıllı kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev İbrahim Mustafa oğlunun ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları, şəhid ailələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdüyü üçün şəhidin valideynlərinə minnətdarlığını bildirib. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağı və unudulmayacağını bildirən rayon rəhbəri, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun dövlətimizin başçısı tərəfindən orden və medallarla təltif edildiyini vurğulayıb. İcra başçısı Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Kəngərli rayonunda da davam etdirildiyini diqqətə çatdırıb. Şəhid İbrahim Əliyevin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg