Fevralın 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İnformasiya hüququnu təmin edək" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Kəngərli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları iştirak edib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Həsənzadə giriş nitqi ilə çıxış edərək tədbirin mahiyyəti, Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov isə Ombudsmanın fəaliyyətinin əsasları, o cümlədən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi barədə danışıblar.
Sonra aparatın əməkdaşı Elnarə Hüseynova "İnformasiya əldə etmək hüququnun təmin edilməsi" mövzusunda video təqdimatla çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.