12 oktyabr 2023-cü il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəhrəmanov Elməddin Niyaməddin oğlunun il dönümü məzarı önündə qeyd olunub.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinde Sosial Xidmətlər Agentliyi PHŞ Kəngərli rayon şöbəsi, Naxçıvan MR Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun PHŞ Kəngərli rayon şöbəsinin və Məşğulluq Mərkəzinin əməkdaşları, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə şəhidin əziz xatirəsi yad olunub, ruhuna dualar oxunmuşdur. Tədbirdə şəhidimizin döyüş yolundan, vətənpərvərliyindən, göstərdiyi qəhrəmanlıqlardan bəhs olunmuşdur.