13 noyabr 2023-cü il tarixdə Kəngərli rayon Xok kənd sakinləri İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid Mirzəyev Aslan Məqsud oğlu, şəhid Əsgərov Təbriz Çapay oğlu, şəhid Məmmədov Kamaləddin İsrail oğlu, Böyükdüz kənd sakini şəhid Yüzbaşıyev İsmayıl Fəzail oğlu və Qabıllı kənd sakini şəhid İbrahimov Qurban Namiq oğlunun ildönümləri məzarı önündə qeyd olundu.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları, qazilər iştirak ediblər.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, Möhtərəm Prezident cənab Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycanın Müzəffər Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini qızıl hərflərlə yazdırdı. Ali Baş Komandan cənab İlham Əliyev həmişə vurğulamışdır ki, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev və Kəngərli Rayon Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva çıxış edərək qeyd etdilər ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə ağır zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur. Hər birinin həyatı bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.