"Heydər Əliyev və yeni Azərbaycan" mövzusunda tədbir keçirilib

17.11.2023-cü il tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və yeni Azərbaycan" mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzüblər. Sonra Kəngərli Rayon Mədəniyyət Sarayında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan danışmış, partiyanın Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini söyləmişdir.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin çox ağır və keşməkeşli günlərində, ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Tədbirdə digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən, qazanılan uğurlarda partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışıblar.

Tədbirdə Partiya fəallarına fəxri fərman və hədiyyələr təqdim edilmiş, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunmuş, məktəblilərin ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər bədii qiraət edilmişdir.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg