"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib

İyulun 31-də Kəngərli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü" ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilmişdir.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İcra Hakimiyyətinin əməkdaşı Nihal Vəliyev, rayon Təhsil Şöbəsinin əməkdaşı Şəfəq Camallı və Qıvraq qəsəbə Körpələr evi - Uşaq bağçasının müəllimi Sahidə Abbasova çıxış edərək bildiriblər ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Ulu Öndər Heydər Əliyev demişdir ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.
Sonda məktəblilərinin ifasında şeirlər bədii qiraət olunmuşdur.
jpg
jpg
jpg
jpg