“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev-uşaqları sonsuz məhəbbətlə sevən lider” mövzusunda tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində təşkil edilmiş tədbir Kəngərli Rayon İcra Hakimiyyətinin, Təhsil və Mədəniyyət şöbələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən kadr işləri üzrə məsləhətçi Teymur Əsgərov Ulu öndər Heydər Əliyevin ölkəmizdə uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini bildirib.
Qeyd edib ki, “Heydər Əliyev-uşaqları sonsuz məhəbbətlə sevən lider” başlığı altında təşkil olunan tədbir şagirdlərin hərtərəfli inkişafı və mədəni səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyətə malikdir. Belə layihələrin şagirdlərin şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Qıvraq qəsəbə tam orta məktəbinin X sinif şagirdi Filiz Məmmədova bildirib ki, bu gün müstəqillik yollarında sürətlə addımlayan, iqtisadi uğurlar, siyasi sabitlik, elm, təhsil nəaliyyəti ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan bütün bunları Ümummilli lider Heydər Əliyevin zəkasına və müdrikliyinə borcludur.

Çıxışlardan sonra tədbirin bədii hissəsinə keçid alınıb.
Tədbir məktəblilərin, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin və Qıvraq qəsəbəsi körpələr evi-uşaq bağçasının balaca fidanlarının təqdimatında Ulu Öndərə və Vətənə həsr olunmuş şeir və mahnılardan, milli rəqslərdən, rəngarəng kompozisiyalardan ibarət geniş konsert proqramı ilə davam etdirilib.

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg