15 dekabr 2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində Kəngərli Rayon Mədəniyyət Sarayında foto və rəsm sərgisi keçirilmişdir.
İlk öncə Mədəniyyət Sarayının foyesində sərgiyə baxış keçirildi.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin XI sinif şagirdi İlknur Haqverdiyeva çıxış edərək bildirmişdir ki, milli mədəniyyətimizin, incəsənətimizin bir çox sahələri Ulu Öndər Heydər Əliyevin həm sovet Azərbaycanına, həm də müstəqil respublikamıza rəhbərliyi dövründə onun xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu sadəcə bir siyasi rəhbər, respublikanın başçısı tərəfindən deyil, eyni zamanda mədəni irsə, incəsənət tarixinə, nəzəriyyəsinə yaxından bələd olan, əsl sənətkarlığı dərindən duyan, dəyərləndirən, yüksək estetik zövqü, təhlil bacarığı və obyektiv mülahizələri ilə diqqət çəkən sənət bilicisi tərəfindən göstərilən diqqət və qayğı idi.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Ömrün Naxçıvan aşırımları" filminin nümayişi olmuşdur.