"Dövlətimizin uğurlu gənclər siyasəti" mövzusunda tədbir keçirilib.

Aprelin 1-də Kəngərli rayon Çalxanqala kənd tam orta məktəbində "Dövlətimizin uğurlu gənclər siyasəti" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mövzu ətrafında Kəngərli rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səfər Səfərovun, Gənclər və idman idarəsinin məsləhətçisi Asiman Novruzovun və Çalxanqala kənd tam orta məktəbinin təşkilatçısı Mehman Ağammədovun çıxışları dinlənilib.
Keçirilən tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak edib.
jpg
jpg