Bu gün Şəhid leytenant Qəhrəmanov Elməddin Niyaməddin oğlunun doğum günüdür.

Kəngərli rayon Qıvraq qəsəbə sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəhrəmanov Elməddin Niyaməddin oğlunun doğum günü ilə bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən məzarı ziyarət olunaraq ruhuna dualar oxundu.
Şəhid leytenant Qəhrəmanov Elməddin Niyaməddin oğlu Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Şuşanın azad olunmasına görə” medalı və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
 
1
 
2