"Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri" mövzusunda maarifləndirici tədbir keçirilib

"Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri" mövzusunda maarifləndirici tədbir keçirilib

28.11.2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov keçirilən tədbirin mahiyyətindən ətraflı bəhs edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, ölkə həyatının bütün sahələrində ardıcıl mütərəqqi islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələrin də özfəaliyyətlərini təkmilləşdirmələrinə, qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən maksimum istifadə edərək maliyyə imkanlarını genişləndirməklə yerli məsələlərin həllində daha səmərəli rol oynamalarına ciddi ehtiyac vardır. Bu baxımdan bələdiyyə torpaqlarından bələdiyyənin, o cümlədən yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə olunmalıdır.

Tədbir təşkilatçıları eyni zamanda bələdiyyə fəaliyyəti ilə bağlı mühüm məqamlardan biri olan yerli vergilərin toplanması və bələdiyyə büdcəsinə ödənilməsi ilə bağlı məsələlərə də toxunmuş və qeyd etmişlər ki, yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və bələdiyyə büdcələrinin formalaşmasının mühüm hissəsini təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilən və ödənilən vergilərə yerli vergilər də aiddir. Yerli vergilər Vergi qanunvericiliyi ilə müəyyən edilir və bələdiyyələrin qərarlarına əsasən tətbiq edilir. Yerli vergilərin dərəcələri Vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılaraq tədbir iştirakçılarının sualları cavablandırılmış və problemlərin həlli istiqamətində lazımi tövsiyələr verilmişdir.

jpg

jpg