Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə əlaqədar - Böyük Qayıdış:

Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Cənab Ali baş Komandanın təsdiqlədiyi Strategiyada da bəlli məqsədlər üçün konkret hədəflər müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək.
İşğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək.
Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilməsi bunun əsas göstəricilərindən biridir. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilməsi, birinci pilot layihə çərçivəsində Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınması, reallığa çevrilən Zəngəzur dəhlizi, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi- xüsusilə əzəməti ilə diqqət çəkən Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 ay ərzində ərsəyə gəlməsi görülən işlərin sadəcə bir qismidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
jpg