Aprelin 9-da Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov növbəti səyyar qəbulunu Böyükdüz kəndinin sakinləri ilə keçirib.

Səyyar qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov kənd sakinlərini salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından biridə vətəndaşlarla görüşlərin keçirilməsidir. Səyyari qəbulların keçirilməsinin əsas məqsədi vətəndaşları qəbul edərək şikayətlərini dinləmək və həlli istiqamətində aidiyyəti tədbirlər görməkdir.
İcra başçısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan ordusunun qəhrəmanlığı ilə yazılan Zəfər tariximizdən, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamından, Muxtar Respublikada yaradılan yeni idarəetmə institutu barədə, rayonumuzun yaradılmasının 20 illik tarixindən, cənab Prezidentimizin muxtar respublikamıza göstərdiyi diqqət və qayğıdan, o cümlədən “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”-dan, rayonda aparılan abadlıq-quruculuq işlərindən, həmçinin Böyükdüz kəndi ərazisində 1296,0 hektar sahədə taxıl və 35,0 hektar sahədə tütün əkinin aparılmasından və bunun rayonun sosial-iqtisadi inkişafına verdiyi töhfədən vətəndaşlara məlumat vermiş, qarşıdan gələn Ramazan bayramı münasibətilə kənd sakinlərini təbrik etmişdir.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
 
jpg
jpg
jpg