25 sentyabr 2023-cü il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Ailə, məktəb və cəmiyyət" mövzusunda tədbir keçirilmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimiz əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kəngərli Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Məmmədov tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyevin və Kəngərli rayon Təhsil Şöbəsinin əməkdaşı Nazlı Singinin mövzu ətrafında çıxışları dinlənilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.