Ağacəkmə və təmizlik aksiyası keçirilib

Kəngərli Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının birgə təşkilatçılığı ilə 01 may 2024-cü il tarixdə Kəngərli rayonu Xok kəndi ərazisində yerləşən badam bağında ağacəkmə və Xok gölü ətrafında isə təmizlik aksiyası keçirilmişdir. Xok kəndi ərazisində yerləşən badam bağında aksiya iştirakçıları tərəfindən qurumuş badam tinglərinin yerinə dibçəkdə 140 ədəd yeni badam tingləri əkilmiş, suvarılmış və aqrotexniki qaydada qulluq göstərilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi, eyni zamanda, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən görüləcək işlərə dair təsdiq olunan tədbirlər planına əsasən ağacəkmə və təmizlik aksiyasının keçirilməsidir.
Aksiyada İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva, icra hakimiyyətinin, rayonun idarə, müəssisə, təşkilatların əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
jpg
jpg
jpg
jpg
jpg
 
jpg