"31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" bayramı münasibətilə konsert proqramı keçirilib

30 dekabr 2023-cü il tarixdə Kəngərli rayonunda Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında konsert proqramı keçirilmişdir. Tədbirdə musiqi nömrələri səsləndirilmiş, Şaxta baba və Qar qız tərəfindən uşaqlara hədiyyələr təqdim edilmişdir.
Artıq Azərbaycan xalqı 4-cü ildir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və yeni ili zəfər sevinci ilə qeyd edir. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.
Ulu Öndər Heydər Əliyevin adını daşımaqla şərəfləndirilən, yola saldığımız 2023-cü il dövlətimiz və xalqımız üçün möhtəşəm uğurlarla tarixə yazıldı. Azərbaycan xalqı 30 ildən sonra Yeni ili bütöv və suveren qarşılayır. Şanlı Azərbaycan bayrağı ölkəmizin hər bir bölgəsində qürurla dalğalanır. Birliyimiz, həmrəyliyimiz, yenilməzliyimiz daim olsun!
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir, ölkəmizə daima sülh, əminamanlıq, xalqımıza can sağlığı, ruzi-bərəkət arzulayırıq!
jpg
jpg
jpg
jpg