27 sentyabr 2023-cü il tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında "27 Sentyabr - Anım günü" ilə bağlı tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxışlar dinlənilmiş, şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.
Sonda "Qisas Qiyamətə Qalmadı" sənədli filminin nümayişi olmuşdur.