Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, qazilər, hərbçilər, polislər, kənd sakinləri və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əvvəlcə Dini icmanın üzvü tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Sonra Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək demişdir: Ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala son qoymaqla yanaşı, ərazi bütövlüyünün, suverenliyin və konstitusiya quruluşunun tam təsbiti ilə yekunlaşdı. 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmini də "dəmir yumruq" birdəfəlik məhv etdi. Müqəddəs haqq savaşında - Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə göstərərək, dəmir yumruq kimi birləşərək Vətən müharibəsində tarixi Zəfəri təmin etdilər.
Daha sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Ali Məclisin Deputatı qazi Təbriz Zeynalov, şəhid anaları və ataları, qazilər, hərbçilər çıxış etmiş, şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda şəhidlərin məzarı üstünə tər qərənfillər düzülmüş və şəhid valideynləri ilə xatirə fotoları çəkdirilmişdir.