2024-cü il Azərbaycan Respublikasında "Yaşıl Dünya Naminə Həmrəylik İli" və qarşıdan gələn "8 Noyabr Zəfər Günü" münasibətilə ağacəkmə aksiyası keçirilib

Oktyabrın 30-da Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024-cü il Azərbaycan Respublikasında "Yaşıl Dünya Naminə Həmrəylik İli" və qarşıdan gələn "8 Noyabr Zəfər Günü" münasibətilə Kəngərli Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmədə İcra aparatının əməkdaşları, əziz şəhidlərimizin ataları, qardaşları, qazilər və sosial işçilər yaxından iştirak etmişlər.
Rayonun mərkəzi Qıvraq qəsəbəsində 0.4 ha sahədə Kəngərli Şəhidlərinin hər birinin adına 55 ədəd "Xan Çinar" tingləri əkilmişdir. Çinarlar suvarılmış və gövdələri ağardılmışdır.
Yeni əkilmiş bağa damcılı suvarma sisteminin çəkilməsi də nəzərdə tutulmuşdur.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg