"14 İyul 1969-cu il-Tariximizin Şanlı Səhifəsi" mövzusunda tədbir keçirilib.

11 iyul 2024-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ulu Öndərin İlk dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı "14 İyul 1969-cu il-Tariximizin Şanlı Səhifəsi" mövzusunda tədbir keçirilmişdir.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva çıxış edərək bildirib ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Vurğulanıb ki, Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov və Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin müəllimi Hacı Məmmədov çıxışları zamanı qeyd ediblər ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Tarix yazan və yaradan Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi səlnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəbdir.
Sonda Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən "Zamanın fövqündə" adlı sənədli filmə baxış olmuşdur.
jpg
jpg
jpg
jpg