02 iyun 2024-cü il tarixdə Kəngərli rayon Xok kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Rüstəmov Basid İdris oğlunun doğum günü məzarı önündə qeyd olundu.

Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları, şəhid ailələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, xatirələri dərin ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdüyü üçün şəhidin valideynlərinə minnətdarlığını bildirib. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağı və unudulmayacağını bildirən rayon rəhbəri, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun dövlətimizin başçısı tərəfindən orden və medallarla təltif edildiyini vurğulayıb. İcra başçısı Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Kəngərli rayonunda da davam etdirildiyi diqqətə çatdırıb.
Daha sonra şəhid Rüstəmov Basid İdris oğlu haqqında təəssüratlar dinlənilib.
Xok kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb.
jpg
jpg
jpg
jpg
jpg