01 aprel 2024-cü il tarixdə Kəngərli Böyükdüz kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Yüzbaşıyev İsmayıl Fəzayıl oğlunun doğum günü məzarı önündə qeyd olundu.

Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları, şəhid ailələri iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Tədbirdə Şəhidin əziz xatirəsi yad olunmuş, ruhuna dualar oxunmuş, məzarına gül dəstələri düzülmüşdür. Daha sonra şəhidimizin döyüş yolundan, vətənpərvərliyindən, göstərdiyi qəhrəmanlıqlardan bəhs olunmuşdur.
jpg
jpg
jpg
jpg